Xəbərlər siyahısı

Xəbərlər

Kart üzrə mədaxil əməliyyatlarına yeni limitlər

Dəyərli müştərilər,

Rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin artırılması, dələduzluq hallarının qarşısının alınması və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart üzrə nağdsız mədaxil əməliyyatlarına (vəsaitin qəbul edilməsi) yeni limitlər tətbiq olunur.

Bu gündən etibarən hər bir Yelo Bank kartı üzrə təyin edilmiş yeni nağdsız mədaxil limitləri aşağıdakı kimidir:

•    Günlük əməliyyat sayı: 5 əməliyyat
•    Aylıq maksimal məbləğ: 20 000 AZN (və ya ekvivalenti)

Qeyd: Müştərinin öz kartları arasında tətbiq üzərindən icra etdiyi ödənişlər bu limitlərə şamil edilmir.

Əməliyyatlarınızı planlaşdırarkən yenilənmiş şərtləri nəzərə almağınızı xahiş edirik. Yelo App üzərindən köçürmələrinizi hər zaman olduğu kimi təhlükəsiz və rahatlıqla icra edə bilərsiniz.