Digər vakansiyalar

Rəqəmsal fırıldaqçılığa qarşı mübarizə üzrə mütəxəssis / aparıcı mütəxəssis

İş təcrübəsi

1-2 il
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
  • Vəzifə: Mütəxəssis
  • Elan tarixi: 04-06-2026
  • Son Tarix: 14-06-2026

Vəzifə və öhdəliklər

İnsidentlərin araşdırılması Dələduzluq əməliyyatlarının monitorinqi və aşkarlanması:

  • Kart və qeyri-kart əməliyyatlarının antifraud sistemləri vasitəsilə monitorinqinin aparılması
  • Şübhəli əməliyyatların və təhlükəsizlik hadisələrinin təhlili
  • Real vaxt rejimində dələduzluq əlamətlərinin aşkarlanması
  • Əməliyyatların bloklanması, məhdudlaşdırılması və ya əlavə yoxlamaya yönləndirilməsi ilə bağlı qərarların qəbul edilməsi
  • Antifraud sistemlərindən, və digər mənbələrdən daxil olan xəbərdarlıqların (alert) araşdırılması

İnsidentlərin araşdırılması:

  • Dələduzluq halları üzrə araşdırmaların aparılması
  • Sübut bazasının toplanması və təhlili
  • Araşdırmalar çərçivəsində Bankın digər struktur bölmələri ilə əməkdaşlıq
  • Araşdırmaların nəticələri üzrə rəy və hesabatların hazırlanması
  • Oxşar hadisələrin qarşısının alınması üçün təkliflərin verilməsi

Antifraud qaydalarının idarə olunması:

  • Yeni antifraud qaydalarının və ssenarilərinin hazırlanması, və optimallaşdırılması
  • Antifraud qaydalarının effektivliyinin təhlili
  • Yanlış müsbət nəticələrin (false positive) sayının azaldılması
  • Yeni antifraud mexanizmlərinin test edilməsində iştirak

Analitika və hesabatlılıq:

  • Dələduzluq halları üzrə mütəmadi hesabatların hazırlanması
  • Yeni dələduzluq sxemlərinin və tendensiyaların təhlili
  • Rəhbərlik üçün statistik və analitik məlumatların hazırlanması
  • Komitələr və daxili iclaslar üçün materialların hazırlanmasında iştirak

Xarici təşkilatlarla əməkdaşlıq:

  • Dələduzluq halları üzrə digər banklar, prosessinq mərkəzləri və ödəniş sistemləri ilə əməkdaşlıq
  • Tənzimləyici və hüquq-mühafizə orqanlarının sorğularına cavabların hazırlanması
  • Dələduzluq sxemləri üzrə məlumat mübadiləsində iştirak

Antifraud funksiyasının inkişafı:

  • Antifraud sistemlərinin tətbiqi layihələrində iştirak
  • Yeni monitorinq kanallarının və antifraud həllərinin sazlanmasında iştirak
  • Yeni texnologiyaların və antifraud alətlərinin qiymətləndirilməsi və tətbiqində iştirak
  • Mövcud proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması

Tələblər

  • Antifraud, maliyyə monitorinqi, kart biznesi və ya araşdırmalar sahəsində minimum 2 il iş təcrübəsi
  • Dələduzluq sxemlərinin müstəqil araşdırılması təcrübəsi
  • Antifraud qaydalarının və ssenarilərinin hazırlanması təcrübəsi
  • Visa və Mastercard kart əməliyyatlarının prinsiplərini bilmək
  • Mobil və internet bankçılıq xidmətlərinin iş prinsiplərini başa düşmək
  • Bank dələduzluğu sxemləri üzrə biliklərə malik olmaq
  • Məlumatların təhlili və araşdırma bacarıqları
  • SQL üzrə yaxşı biliklər
Komandamıza qoşulmağa hazırsan?

CV göndər